|
|
|
|
|
|
|
|
| Lalə Şövkət azadlığa çıxan siyasi məhbusları təbrik etdi / 16.03.2019 /
OXUMAQ >>
| |
Bu gün Lalə Şövkətin doğum günüdür (Haqqin.Az dostları) / 7.11.2018 /
OXUMAQ >>
| |
Azadlıq Radiosu - Bu gün - noyabrın 7-də tarixdə nələr olub (Video) / 7.11.2018 /
OXUMAQ >>
| |
Anam neçə illərdir doğum günü keçirmir - Lalə Şövkətin oğlu / 7.11.2018 /
OXUMAQ >>
| |
Heydər Əliyevin parlaq silahdaşı (Bu gün onun doğum günüdür) / 8.11.2017 /
OXUMAQ >>
| |
AXCP SƏDRİ LALƏ ŞÖVKƏTİ TƏBRİK ETDİ / 7.11.2016 /
OXUMAQ >>
| |
YENİ MÜSAVAT QƏZETİ: LALƏ ŞÖVKƏT 65 YAŞINI TAMAMLADI / 7.11.2016 /
OXUMAQ >>
| |
VİP SƏDRİ ALP LİDERİNİ TƏBRİK ETDİ / 7.11.2016 /
OXUMAQ >>
| |
LALƏ ŞÖVKƏT - 65: ALP TƏBRİKİ / 7.11.2016 /
OXUMAQ >>
| |
MİLLİ BİRLİK HƏRƏKATI LALƏ ŞÖVKƏTİ TƏBRİK EDİR / 7.11.2016 /
OXUMAQ >>
| |
AZƏRBAYCAN LİBERAL PARTİYASININ BƏYANATI / 15.01.2016 /
OXUMAQ >>
| |
LALƏ ŞÖVKƏTİN GÜNƏŞLİ YATAĞINDA YANĞINLA BAĞLI BAŞSAĞLIĞI / 5.12.2015 /
OXUMAQ >>
| |
AZƏRBAYCAN LİBERAL PARTİYASININ LİDERİ PROFESSOR LALƏ ŞÖVKƏTİN NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİKİ / 20.03.2015 /
OXUMAQ >>
| |
Liberal Partiya Azərbaycan xalqını təbrik etdi / 18.10.2014 /
OXUMAQ >>
| |
Əvəz Temirxan: "Müxalifətin birgə aksiyası daha effektli olardı" / 3.10.2014 /
OXUMAQ >>
| |
Azərbaycan Liberal Partiyasının bəyanatı / 24.09.2014 /
OXUMAQ >>
| |
ALP-YƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR / 24.02.2014 /
OXUMAQ >>
| |
ALP-dən HAKİMİYYƏTƏ SƏRT TƏPKİ / 17.12.2013 /
OXUMAQ >>
| |
LALƏ ŞÖVKƏTİN BƏAYANATI / 13.12.2013 /
OXUMAQ >>
| |
VIRTUALAZ.ORG LALƏ ŞÖVKƏT HEYDƏR GLİYEVƏ MƏKTUBUNDA NƏ YAZMIŞDI... / 8.12.2013 /
OXUMAQ >>
| |
|
|
Mən hər səhərimi ibadətlə başlayıram:
Allaha dua edirəm ki, islahı mümkün olanı
İslah etmək üçün mənə qüvvət versin;
İslahı mümkün olmayana dözmək üçün
Mənə səbr versin; və mümkün olanı
Mümkün olmayandan fərqləndirmək
Üçün mənə müdriklik versin!
Lalə ŞÖVKƏT
|
|
Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1968 ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb Institutuna daxil olub. Ilk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974 ildə institutu bitirdikdən sonra internaturaya Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilmişdir.
1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V. Vinoqradovun rəhbərliyi ilə davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1978-ci ildə N.V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətinə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlmişdir.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə edərək o zaman o, SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.
Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.
Bir oğlu var.
1991-ci ildə RSFSR-nin baş naziri İ. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilmişdir.
Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olmuşdur. Fəlsəfə və hüquq doktoru fəxri adına layiq görülmüşdür.
1980-ci illərin sonunda Qarabağ problemin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirmiş və o, Sovet Ittifaqının demokratik hərəkatının aparıcı liderləri ilə sıx əməkdaşlığa başlamışdır.
1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətinə güclü təkan vermiş və həyatında dönüş nöqtəsi olmuşdur. Bununla bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik etmişdir.
1991-ci ildə SSRI-nin paytaxtı Moskvada Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olmuş və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədləyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olmuşdur.
Bu Hərəkatın nümayəndəlikləri Azərbaycanda, bir çox sovet respublikalarında və Avropa ölkələrində fəaliyyət göstərmişlər.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H. Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilmişdir.
1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında tüğyan edən korrupsiyaya və rüşvətxorluqa etiraz edərək təkidlə istefa vermiş və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaratmışdır.
Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmiş və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilmişdir. Lakin, o, qəbul etmədiyi siyasi kursun dünya ictimaiyyəti və tarix qarşısında vəkili olmaqdan qəti imtina etmiş və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifənin icrasına başlamamışdır.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilmişdir. "Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir" deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan etmişdir.
7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, "Milli Birlik" Hərəkatın lideri kimi qatıldı. Bununla o, ölkənin siyasi tarixinə daha bir ləyaqət səhifəsi yazdı, daha bir yeni ənənənin təməlini qoydu.
2005 Parlament Seçkilərində Lalə Şövkət "Milli Birlik" Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, bu seçkilərə 70 deputatlığa namizəddən ibarət siyasi komandası ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət inkaredilməz böyük qələbə qazanmışdır və onun mandatı rəsmən təsdiq edilmişdir. Lakin, total saxtakarlıq nəticəsində ALP-nin ən azı 11 namizədinin qələbəsi etiraf edilmədi, onların şikayətlərinə MSK və məhkəmələr tərəfindən baxılmadı. Eyni zamanda "Milli Birlik" Hərəkatının müttəfiqi olan "Azadlıq" Seçki Blokunun da 50-ə yaxın namizədinin qələbəsi inkar edildi. "Mandat yox, millət naminə" mücadiləyə çıxan Lalə Şövkət bu parlament seçkilərini müasir tarixdə böyük ədalətsizlik və öz millətin iradəsinə təcavüz kimi qiymətləndirdi. Bunu əsas tutaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi.
2006-cı ildə "Milli Birlik" Hərəkatı AXCP, ADP və VİP ilə birlikdə "Azadlıq" Siyasi Blokunu təsis etmişdir.
2008-ci ildə digər müxalifət liderləri ilə birlikdə Lalə Şövkət ölkədə azadlıq və açıqlıq, azad və ədalətli seçki üçün hətta minimal tələblərin olmaması səbəbindən prezident seçkiləri boykot etmişdir.
2010-cu ildə parlament seçkilərindən əvvəl Xalq Cəbhəsi Partiyasının Müsavat Partiyası ilə koalisiya qurmaq qərarı nəticəsində "Azadlıq" Siyasi Blokuna xitam verilmişdir. Azərbaycan Liberal Partiyası Vətəndaş və İnkişaf Partiyası, Yaşıllar Partiyası və Ziyalılar Hərəkatı ilə birgə "İnsan naminə" seçki blokunun formalaşdıraraq parlament seçkilərində iştirak edib. Lakin, seçkilər total saxtalaşdırıldı və müxalifətin heç bir nümayəndə Milli Məclisdə təmsil olunmamışdır.
Bu gün Lalə Şövkət Azərbaycan Liberal Partiyasının lideri və bu partiyanın prezidentliyə namizəddir.
|
|
|
Milli Birlik Hərəkatı
|
|
|
Azərbaycan Liberal Partiyası
|
|
|
|
| LALƏ ŞÖVKƏT: "ÖZÜNƏ HÖRMƏT EDƏN ADAM BELƏ OYUNA GETMƏZ" "Üçüncü yol da var, o da çevriliş və inqilabdır. Mən bunun tam əleyhinəyəm" / 4.09.2012 / QAFQAZINFO.AZ Oxumaq >>
|
| "BU GÜN NƏ AZƏRBAYCAN MÜHARİBƏYƏ GEDƏSİDİR, NƏ DƏ ERMƏNİSTAN" / 8.06.2012 / MediaForum.Az Oxumaq >>
|
| "BİR ÖLKƏDƏ BU QƏDƏR PREZİDENT OLAR?" "Bu dəst-xəttin axırı faciədir, bunlarda hətta özünü qoruma instinkti də işləmir" / 25.05.2012 / Azadlıq Qəzeti Oxumaq >>
|
| "İQTİDAR ÖZ ƏMƏLLƏRİ İLƏ İNQİLABİ ŞƏRAİTİ YETİŞDİRMƏKDƏDİR" Lalə Şövkət: "Hakimiyyət köklü islahatlara getməsə, indiki dəsti-xəttini davam etdirsə, proseslərin axırı çox pis qurtara bilər" / 22.04.2012 / "Reytinq" qəzeti Oxumaq >>
|
| "ÖLKƏMƏ GÖRƏ XƏCALƏT ÇƏKİRƏM" Lalə ŞÖVKƏT: "Prezident seçkiləri ilə bağlı qəti qərarımı vaxtı çatanda verəcəyəm" / 16.03.2012 / "Bizim Yol" qəzeti Oxumaq >>
|
| "ƏSL ZİYALI BU HAKİMİYYƏTƏ YALNIZ MÜXALİF OLA BİLƏR" "Ona görə ki, əsl ziyalı millətin dərdi ilə yaşayır, hakimiyyətin rüşvəti ilə yox" / 17.01.2012 / "Azadlıq" qəzeti Oxumaq >>
|
| LALƏ ŞÖVKƏT: "BU MƏMLƏKƏTDƏ HƏR ŞEYİN QİYMƏTİ ARTIR BİR İNSANDAN BAŞQA" Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin "Bizim Yol" qəzetinə müsahibəsi / 10.12.2011 / "Bizim Yol" qəzeti Oxumaq >>
|
| "MƏN HƏMİŞƏ ÜRƏYİMDƏ MƏHZ 60 YAŞINDA OLMAQ İSTƏYİRDİM" Lalə Şövkət: "İndiyəcən hələ özüm üçün xoşbəxtlik anlayışını axıracan müəyyən etməmişəm. Və ona görə xoşbəxt illərdən danışa bilmərəm" / 6.11.2011 / "Reytinq" qəzeti Oxumaq >>
|
| "HAKİMİYYƏTİN VƏZİYYƏTİ MÜXALİFƏTİNDƏKİNDƏN DƏ PİSDİR" Lalə Şövkət: "Balanslaşdırılmış xarici siyasət vaxtında düzgün seçim edə bilmədiyinə görə bütövlüklə iflasa uğradı" "Dünya ictimaiyyəti Azərbaycan iqtidarı ilə bağlı öz qərarını verəcək" / 24.09.2011 / "Bizim Yol" qəzeti Oxumaq >>
|
| "NEFT DƏ, MİLYARDLAR DA DİKTATURAYA DƏSTƏK OLMAYACAQ" Lalə ŞÖVKƏT: "Azərbaycanda gedən prosesin ən təhlükəli cəhəti odur ki, hakim elita unudulan xalqı vecinə almır" "Allah hərəyə bir ömür verib və bu ömrü diktaturada şanssız, hüquqsuz, qeyri-azad, səfil yaşamaq özü günahdır" / 7.09.2011 / "Azadlıq" qəzeti Oxumaq >>
|
|
|
|