MÖVQE
Müxalifət Azərbaycanda proporsional sistemin tətbiqini istəyir
Elnur Məmmədli - APA: Müxalifət partiyaları parlament seçkiləri ilində Azərbaycanda proporsional seçki sisteminin bərpası məsələsini yenidən gündəmə gətirib.

Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət APA-ya proporsional seçki sisteminin bərpası ilə bağlı tələbin gündəmdə olduğunu deyib: "Biz bu istiqamətdə müəyyən addımlar atmışıq. 2005-ci ildə də bunun üzərində müzakirələr apardıq və neçə vaxtdır, bunun üzərində işləyirik. Amma bu bizdən yox, iqtidardan asılı olan bir məsələdir. Bu gün reallıqdan çıxış etmək lazımdır. 2005-ci ildə də bu müzakirələr aparıldı və biz təkliflərimizi parlamentə təklif etdik, amma buna baxan olmadı". L. Şövkət müxalifətin proporsional seçki sisteminin bərpası tələbinin seçki ilində də prioritet olacağını qeyd edib.

13.01.2010