|
MÖVQE UKRAYNADAKI SEÇKİYƏ LALƏ ŞÖVKƏTİN ŞƏRHİ |
|
Azərbaycanlı siyasətçi Ukraynadakı prezident seçkisinin nəticələrini "Media forum" saytına şərh edib. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət: "Belə bir nəticə gözlənilirdi. Qabaqda hələ ikinci tur var. İndidən kimin prezident olacağı haqda fikir bildirmək tez olardı. Viktor Yuşşenkonun məğlubiyyəti çox təssüfləndirici oldu. Ancaq o, Ukrayna tarixində çox böyük iz qoyub gedir. Yuşşenko Ukraynaya demokratiya gətirdi və ölkəni relsə oturtdu. Ukraynada söz azadlığı elə bir səviyyədə təmin olunub ki, hakimiyyətə kim gəlir-gəlsin, onu geriyə döndərmək mümkün olmayacaq. İkincisi, Viktor Yuşşenkonun hakimiyyətə gəlməsi Avropanın böyük banklarını Ukraynaya gətirdi. Bu banklar adi vətəndaşlara aşağı faizlə kreditlər verdilər. Bunun nəticəsində Ukraynada orta təbəqə formalaşdı. Bu da çox mühüm məsələdir. Üçüncüsü, Viktor Yuşşenko Ukraynada yenidən milli şüuru oyatdı və onun hakimiyyət illəri milli tarixə döndü. Viktor Yanukoviç və ya Yulya Timoşenkonun hakimiyyətə gəlməsi Ukraynanın NATO-ya, Avropa Birliyinə üzvlüyünü bir qədər gecikdirə bilər. Lakin bunu ölkənin gündəmindən çıxara bilməyəcəklər. Çünki Yuşşenko Ukraynanı bu relsə qoyub. Yuşşenkonun Ukraynadakı rolu Vatslav Havelin Çexiyadakı roluna çox bənzəyir". "Media forum" |
18.01.2010 |