BƏYANAT - ALP QONDARMA "DAĞLIQ QARABAĞ RESPUBLİKASINDA" KEÇİRDİYİ "PARLAMENT SEÇKİLƏRİNİ" QƏBUL ETMİR
Azərbaycan Liberal Partiyası (ALP) Dağlıq Qarabağ bölgəsində qondarma "Dağlıq Qarabağ Respublikasının" keçirdiyi "Parlament seçkilərini" Azərbaycan Konstitusiyasının, BMT nizamnaməsinə zidd və qanunsuz addım kimi dəyərləndirib və onun nəticələrini tanımır.

Liberal Partiya hesab edir ki, Azərbaycan Konstitusiyasının uyğun olmayan, Dağlıq Qarabağın Azərbaycan İcmasının iştirakı olmadan Azərbaycan Respublikasının seçdiyi hakimiyyət orqanlarının keçirmədiyi hər-hansı bir tədbir seçki tanına bilməz. Azərbaycan Respublikası qarşısında heç bir hüquqi öhdəlik yarada bilməz.

ALP Azərbaycan hakimiyyətini keçmiş Dağlıq Qarabağ Muxtar vilayətini inzibati hüdudları çərçivəsində Dağlıq Qarabağ inzibati vilayətini təsis edilməsi məsələsini müzakirə etməyə, qubernator və vilayət məclisinin seçkilərini keçirməyə, DQ erməni əhalisinin bu seçkilərdə iştirakına dəvət etməyə çağırır. Liberal Partiyası yarada biləcəyi ehtimal olunan DQ inzibati vilayətinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə və Ermənistan tərəfə DQ yol çəkilib. DQ-ın regiondan seçim statusu kimi təklif etməyə reallıq sayır.

25.05.2010