| ALP HAKİMİYYƏTDƏN EYNULLA FƏTULLAYEVİN AZADLIĞA BURAXILMASINI TƏLƏB EDİR |
|
Azərbaycan Liberal Partiyası (ALP) hazırda həbs olan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin öz hüquqlarını müdafiəsi naminə keçirdiyi aclıq aksiyasını mənən dəstəkləyir. ALP hesab edir ki, repressiya maşınına çevrilmiş Azərbaycan məhkəmələrinin E.Fətullayev barədə çıxardığı hökm qanunsuzdur və siyasi məqsəd güdür. Liberal Partiya Avropa Məhkəməsinin E.Fətullayevi dərhal azadlığa buraxılmasına dair qərarını alqışlayır və Azərbaycan iqtidarından bu qərarın icra edilməsini tələb edir. |
4.06.2010 |