| LALƏ ŞÖVKƏT NORVEÇ SƏFİRİNİ QƏBUL EDİB |
|
İyulun 5-də Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkət Norveç Krallığının Azərbaycandakı səfiri cənab Jon Ramberqi onun diplomatik missiyasının başa vurulması ilə əlaqədar qəbul edib. Görüşdə ALP sədr əvəzi Əvəz Temirxan da iştirak edib. Görüş zamanı Azərbaycan-Norveç münasibətləri, Azərbaycanda ümumi ictimai-siyasi vəziyyət, dünyada və regionda geosiyasi durum, Azərbaycanda siyasi məhbuslar, demokratiya və insan hüquqları müdafiəsi problemləri, 2010-cu il parlament seçkiləri haqqında fikir mübadiləsi aparılıb. |
5.07.2010 |