LALƏ ŞÖVKƏT: "AZADLIQ"A TƏZYİQLƏR DAYANDIRILSIN
"Azadlıq" qəzetinin üzləşdiyi böhran durum, qəzetin üzərinə cərimələrin qoyulması, "Azərbaycan" nəşriyyatına olan borc ödənilmədiyi üçün çapınn dayandırılması ictimaiyyət tərəfindən etirazla qarşılanıb.

ALP lideri Lalə Şövkət də "Azadlıq"a olan basqıları pisləyərək, baş verənləri söz və mətbuat azadlığının boğulması kimi dəyərləndirib: "Ölkədə müxalif mövqeli azsaylı kütləvi informasiya vasitələrindən olan "Azadlıq" qəzeti süni yaradılmış inzibati maneələr nəticəsində nəşrini dayandırmağa məcbur olub. Hesab edirəm ki, bu yolverilməzdir. Söz azadlığı və KİV-lərin müstəqilliyi istənilən ölkədə demokratiyanın və inkişafın vazkeçilməz ilkin şərtidir və biz də cəmiyyət olaraq, iqtidarlı-müxalifətli bunu qəbul etməliyik. "Azadlıq" qəzetinin nəşrinə qəsdən problem yaradılmasını qınayır, Azərbaycan iqtidarını həm "Azadlıq" qəzetinə, həm də bütün KİV-lərə və jurnalistlərə qarşı siyasi və maddi təqiblərin dayandırması üçün real addımlar atmağa çağırıram".

13.11.2013