Liberal Partiya Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Liberal Partiyası Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdiş Təbrikdə deyilir:

Şziz həmvətənlər!

Dövlət müstəqilliyimizin bərpa olumasının 23 illiyi münasibətilə Siz təbrik edirəm.
1918-ci ildə qeyri-xristian dünyasında Qərb üçün nümunə olan ilk demokratik respublikanı qurmaqla bütün Avropanı təəccübləndirən xalqımız necə geniş və dərin zehni və siyasi təfəkkürə malik olduğunu əyani nümayiş etdirmişdir.
Xalqımız 28 aprel 1920-ci ildə müstəqilliyini itirəndən sonra azadlıq uğrunda mübarizəni dayandırmamışdır.

Azərbaycan mübarizləri bütün sovet illərində imkanları çərçivəsində azadlıq uğrunda mübarizəni davam etdirmiş, müstəqillik uğrunda mübarizə aparan gizli partiyalar və təşkilatlar yaratmışlar, təkcə ölkəmizdə deyil, bütün SSRİ-də müstəqilliyimiz üçün öz töhvələrini vermişlər.

Azərbaycan Xalq Cünhuriyyətinin İstiqlal Bayrağını mühacirətdə, SSRİ-də isə Qız Qalasından tutmuş 1980-ci illərinin sonunda 90-cı illrinin əvvəlində "Azadlıq" meydanından, Azərbaycan bölgələrindən müstəqilliyimizə real şərait yaratmış Moskvada QKÇP-ni məğlub edən milyonların Qələbə Barrikadasınadək ucaltmışlar.
Məhz xalqımzın ardıcıl mübarizəsi nəticəsində 18 oktyabr 1991-ci idə dövlət müstəqilliyimiz bərpa olunmuşdur.

Əziz həmvətənlər!

Xalqımız Ölkəmizin Müstəqilliyi və Torpaqlarımızın Azadlığı uğrunda onilərələ şəhid vermişdir. Bu Əziz Gündə biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və şəhidlıərimizin xatirəsini minnətdarlıq hissilə yad edirik.

Əminik ki, Azərbaycan Respublikasının bütün dünya üçün demokratiya nümunəsinə çevriləcək uzaqda deyil.

Bayramınız mübarək!

18.10.2014