Azərbaycan Liberal Partiyasının bəyanatı
Azərbaycan məmurlarının ardıcıl bəyanatlarına baxmayaraq, siyasi məhbuslar hüquq-mühafizə və ədliyyə orqanları tərəfindən hər cür haqsızlığa, psixoloji, hətta fiziki təzyilərə məruz qalırlar.

Ən çox təqiblərə məruz qalan siyasi məhbslardan biri də saxta ittihalmarla həbs olunmuş Leyla Yunusdur. Ədliyyə Nazirliyinin penitensiar xidmət məmurları Leyla Yunusa psixoloji və fiziki işgəncələr verirlər.

Azərbaycan Liberal Partiyası Leyla Yunusa işgəncə verilməsini qətiyyətlə pisləyir, iqtidarı bu eybəcərliyə son qoymağa və ona işgəncə verənləri cəzalandırmağa çağırır.

Azərbaycan Liberal Partiyası iqtidarı bir daha bütün siyasi məhbusları dərhal azad etməyə çağırır.

ALP Mətbuat Xidməti

24.09.2014