AZƏRBAYCAN LİBERAL PARTİYASININ LİDERİ PROFESSOR LALƏ ŞÖVKƏTİN NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİKİ
Əziz soydaşlarımız!

Sizi qədim milli bayramımız olan Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə sağlamlıq, firəvan həyat, şəxsi və ailə xoşbəxtliyi diləyirəm.
Novruz xeyirin şərlə mübarizə rəmzidir. Hər birimiz öz haqlarımız uğrunda fəal qanuni mübarizə aparmasaq, nə özümüzün, nə də millətimizin heç bir həyati problemini həll edə bilməyəcəyik. Tarixdə heç kəs, heç bir xalq öz haqları uğrunda mübarizə etmədən xoşbəxtliyə nail olmayıb. Unutmaq olmaz ki, ədalət, haqq işi uğrunda mübarizə ən böyük xoşbəxtlikdir.

Mən bir daha Sizin hər birinizə mübariz xoşbəxtlik arzulayıram.

20.03.2015